• Bakı 21° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.9748

    RUB - 2.0643

Kürdəmirdə yol qəzasında xəsarət alanlardan XƏBƏR VAR

CƏMİYYƏT

08 Oktyabr 2025 | 14:13

Kürdəmirdə yol qəzasında xəsarət alanlardan XƏBƏR VAR

Kürdəmirdə yol qəzasında xəsarət alanların vəziyyətləri stabildir.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, oktyabrın 8-i saat 08:50 radələrində Kürdəmir rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (2-si qadın, 2-si kişi olmaqla) təcili tibbi yardım avtomobili vasitəsilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospiltazasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Hazırda hər birinin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.


SON XƏBƏRLƏR