• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək

SİYASƏT

08 Oktyabr 2025 | 17:05

Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü Ankarada keçiriləcək.

Bakıvaxtı.az Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə bu ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

"Bu ölkələrin müdafiə nazirləri üçtərəfli formatda strateji tərəfdaşlıq məsələlərini və əməkdaşlığın inkişaf planlarını müzakirə edəcəklər. Növbəti il müdafiə nazirlərinin görüşü Azərbaycanda keçiriləcək", - məlumatda qeyd olunub.

Bildirilib ki, Gürcüstanın müdafiə naziri İrakli Çikovani, həmçinin türkiyəli və azərbaycanlı həmkarları - Yaşar Gülər və general-polkovnik Zakir Həsənovla ikitərəfli görüşlər keçirəcək.

Üçtərəfli görüşün yekunları üzrə nazirlər birgə bəyannamə imzalayacaq və bəyanat verəcəklər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026