• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ərdoğanın Azərbaycana səfər proqramı AÇIQLANDI

SİYASƏT

07 Noyabr 2025 | 16:53

Ərdoğanın Azərbaycana səfər proqramı AÇIQLANDI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial media hesabında yazıb.

Onun sözlərinə görə, Türkiyə lideri 8 noyabr Zəfər Günü münasibətilə Bakıda keçiriləcək tədbirdə iştirak etmək üçün Azərbaycana səfər edəcək:

"Səfər çərçivəsində Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyev və mərasimdə iştirak edəcək Pakistanın Baş naziri Şahbaz Şəriflə ikitərəfli, regional və qlobal məsələlər barədə görüşlər keçirməsi də nəzərdə tutulur".
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026