• Bakı 19° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9748

    RUB - 2.0643

"Qarabağ Universitetinin əsas məqsədlərindən biri bütün sahələrdə rəqəmsallaşmanı təmin etməkdir"

CƏMİYYƏT

08 Oktyabr 2025 | 16:39

Qarabağ Universitetinin əsas məqsədlərindən biri bütün sahələrdə rəqəmsallaşmanı təmin etməkdir

"Qarabağ Universitetinin əsas məqsədlərindən biri bütün sahələrdə rəqəmsallaşmanı təmin etməkdir". 

Bakıvaxtı.az xəbər verir ki, bunu Bakcell-in Şuşada "İnnovasiyaların Qarabağda tətbiqi" mövzusunda təşkil etdiyi təlimdə Qarabağ Universitetinin Elm və İnnovasiya məsələləri üzrə prorektor Fariz Əhmədov deyib.

Onun sözlərinə görə, artıq bu istiqamətdə bir sıra müqavilələr bağlanıb. 

F.Əhmədov qeyd edib ki, hazırda elektron sənəd dövriyyəsinin, tədrisin, işçi idarəçiliyinin, eləcə də kitabxana sisteminin rəqəmsallaşdırılması prosesi həyata keçirilir.

“Bu qərarlar tələsik şəkildə deyil, geniş araşdırmalar nəticəsində qəbul olunub”.

Mina Mikayılova


SON XƏBƏRLƏR