• Bakı 9° C

    1.93 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Balakəndə qanunsuz qum-çınqıl daşıyanlar məsuliyyətə cəlb olunub

CƏMİYYƏT

10 Yanvar 2026 | 09:33 | Müəllif: Zeynəb Rzayeva

Balakəndə qanunsuz qum-çınqıl daşıyanlar məsuliyyətə cəlb olunub

Balakəndə çaydan qanunsuz qum-çınqıl daşıyanlar məsuliyyətə cəlb olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının aşkarlanması və qarşısının alınması istiqamətində tədbirlər keçirilib.

    Tədbirlərlə Balakənçay çayında qeyri-qanuni qum-çınqıl daşınmasını və satışını həyata keçirən 3 nəfər müəyyən olunub. Onlarla profilaktik söhbət aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək aidiyyəti dövlət qurumuna göndərilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    25 Noyabr 2026