Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad instaqram hesabında etdiyi paylaşım ilə gündəmə gəlib.
Bakıvaxtı.az xəbər verir ki, o, instaqramda son günlər ona ünvanlanan çoxsaylı müraciətlərə münasibət bildirib. Cahad ildə bir dəfə istirahət məqsədilə hotelə getdiyini qeyd edərək, bu müddətdə ona "pul göndər", "çörək göndər", "dərman göndər" kimi mesajların yazıldığını vurğulayıb:
"Əziz vətəndaşlar, ildə bir dəfə hotelə istirahətə getmişəm. Yazırsınız ki, pul, dərman, çörək göndər. Bura xeyriyyə səhifəsi deyil və mən yaxşı insan deyiləm. Ümid edirəm ki, hər şeyi aydınlaşdırdım".
Cahad paylaşımında izləyicilərinə diqqətli olmağı və Allahın hər kəsə kömək olmasını arzulayıb.
Bakı 




