• Bakı 25° C

    4.02 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Tanınmış ifaçı vəfat etdi

ŞOU

08 Fevral 2026 | 09:33 | Müəllif: Əli Hüseynov

Tanınmış ifaçı vəfat etdi

ABŞ-nin "3 Doors Down" rok-qrupunun solisti Bred Arnold 47 yaşında vəfat edib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə qrupun sosial media səhifəsində dərc olunmuş açıqlamada bildirilib.

Qeyd olunub ki, o, xərçəng xəstəliyindən əziyyət çəkirdi. 2025-ci ilin may ayında Arnold ona böyrək xərçəngi diaqnozu qoyulduğunu elan etmiş, bununla bağlı qrupun yay turnesi ləğv olunmuşdu.

"3 Doors Down" qrupu 1996-cı ildə Missisipidə yaradılıb. Qrup 2000-ci ildə işıq üzü görən debüt albomu "The Better Life" ilə tanınmağa başlayıb. Onların ən məşhur mahnıları arasında "Kryptonite" və "Here Without You" kompozisiyaları da var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026