• Bakı 21° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

ABŞ daha bir neft tankerini ələ keçirdi - VİDEO

DÜNYA

09 Yanvar 2026 | 19:17 | Müəllif: Subhan Mahmudov

ABŞ daha bir neft tankerini ələ keçirdi - VİDEO

ABŞ ordusu Karib dənizində daha bir neft tankerini ələ keçirib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə ABŞ Cənub Komandanlığı açıqlama yayıb.

Bildirilir ki, səhərə qədər davam edən “Olina" adlı gəminin tutulması əməliyyatı ABŞ dəniz piyadaları və donanması tərəfindən həyata keçirilib.

Daxili təhlükəsizlik katibi Kristi Noem bildirib ki, “Olina” sanksiyalar altında olan "kölgə donanması"na məxsus tanker gəmisidir. Qeyd olunur ki, gəmi saxta şəkildə Timor Lestedə qeydiyyatdan keçirilib.

Bu, son həftələrdə ABŞ tərəfindən ələ keçirilən beşinci tankerdir.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR