• Bakı 28° C

    1.24 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

SSRİ-nin ən məşhur oğrusu Gürcüstanda dəfn edildi

DÜNYA

08 Fevral 2026 | 17:10 | Müəllif: Subhan Mahmudov

SSRİ-nin ən məşhur oğrusu Gürcüstanda dəfn edildi

Fevralın 7-də keçmiş SSRİ-nin ən nüfuzlu qanuni oğrusu Tamaz Kipiani Kutaisidə dəfn edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “PraymKraym” nəşri məlumat yayıb.

“İnsanlar mərhumun cəsədinin olduğu tabutu şəhərin küçələrindən keçərək qəbiristanlığa aparıb. Respublikada oğru ideologiyasının nümayəndələrinə qarşı davam edən mübarizəyə baxmayaraq, onu son səfərinə yola salmaq üçün onlarla insan gəlib”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Tamaz Kipiani 2026-cı ilin yanvarın 30-da Rusiyanın Kuban şəhərində vəfat edib.

Tamaz Kipiani SSRİ-nin ən məşhur qanuni oğrusu hesab olunub. O, ilk dəfə 22 yaşında “taclandırılıb”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026