Avropa İttifaqının xarici siyasət üzrə ali komisarı Kaya Kallas Rusiya ordusunun Ukraynaya orta-mənzilli “Oreşnik” raketləri ilə zərbələr endirməsinə sərt reaksiya verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kallas öz rəsmi “X” səhifəsində Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə dair çağırış edib.
“Avropa İttifaqı ölkələri hava hücumundan müdafiə vasitələrinin ehtiyatlarını artırmalı və öz planlarının icrasına dərhal başlamalıdır. Biz həmçinin bu müharibənin Moskva üçün bədəlini daha da yüksəltməliyik - o cümlədən sanksiyaların sərtləşdirilməsi yolu ilə”, – deyə Kallas yazıb.
O əlavə edib ki, “Oreşnik”dən istifadəni Ukraynaya qarşı açıq eskalasiya, eyni zamanda Avropa və ABŞ üçün xəbərdarlıq hesab edir. Kallasın fikrincə, Rusiya lideri Vladimir Putin sülhə can atmır.
“Rusiya diplomatiyaya yeni raketlər və dağıntılarla cavab verir”, – deyə Kallas qeyd edib./Trend
Bakı 




