• Bakı C

    9.62 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

Oğuzda iş quran yapon biznesmen "yoxa çıxdı"

CƏMİYYƏT

09 Yanvar 2026 | 14:14

Oğuzda iş quran yapon biznesmen yoxa çıxdı

“Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Yaponiyadan olan investorların dəstəyi ilə yaradılmış “Oğuz Aqro İndustry” MMC-də maliyyə problemi yaranıb.

Bakıvaxtı.az-ın Teleqraf-a istinadən məlumatına görə, cəmiyyətdə payçılar arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğvi hazırda məhkəmə mübahisəsinə çevrilib.

MMC 2017-ci ildə təsis olunub. İlkin mərhələdə müəssisənin rəsmi təsisçisi kimi Yaponiya vətəndaşı Muneçika Tanio göstərilib. Həmin dövrdə direktor müavini vəzifəsini Namiq Ələsgərov icra edib.

Müəssisənin fəaliyyət göstərdiyi illər ərzində nizamnamə kapitalındakı pay bir neçə dəfə əl dəyişdirib. Belə ki, pay əvvəlcə Yamşiqe Takuya, daha sonra Koyama Toşiyuki adlı şəxslərin adına rəsmiləşdirilib. Bir müddət sonra isə təsis payı yenidən Muneçika Tanionun adına qaytarılıb.

2018-ci ildə əldə edilmiş anlaşma memorandumuna əsasən, yaponiyalı investorların müəssisəyə təxminən yarım milyon ABŞ dolları həcmində investisiya yatırması nəzərdə tutulurdu. Lakin faktiki olaraq MMC-yə cəmi 220 min manat investisiya qoyulub.

Hazırda rəsmi mənbələrdə müəssisənin qanuni təsisçisi kimi Ələsgərov Namiq İmran oğlunun adı göstərilir. Məlumata görə, yapon investorların vəd edilən investisiyanı tam həcmdə köçürməməsi müəssisədə ciddi maliyyə çətinliklərinin yaranmasına səbəb olub.

Digər məlumata əsasən, pay sahibi olan Yaponiya şirkətinin nümayəndələri ilə hazırda əlaqə saxlamaq mümkün deyil. Müəssisəyə rəhbərlik edən şəxslər yaponiyalı investorlarla heç bir formada əlaqə yarada bilmədiklərini bildiriblər.


SON XƏBƏRLƏR

09 Yanvar 2026