• Bakı C

    2.97 m/s

  • USD - 1.7

    EUR - 2.0052

    RUB - 2.2154

Sabah külək əsəcək, duman olacaq

CƏMİYYƏT

08 Fevral 2026 | 12:15

Sabah külək əsəcək, duman olacaq

Fevralın 9-da gözlənilən hava proqnozu açıqlanıb. 

Bu barədə Bakıvaxtı.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. 

    Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 751 mm civə sütunundan 754 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90%, gündüz 70-75 % olacaq.

    Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacaq.


    SON XƏBƏRLƏR

    07 Fevral 2026