Mədəniyyət naziri Adil Kərimli Ucar rayonunda vətəndaşları qəbul edib.
Mədəniyyət Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, Ucar rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Ucar, Zərdab, Yevlax, Ağdaş, Göyçay, Kürdəmir rayonlarından və Mingəçevir şəhərindən olan vətəndaşlar müraciətlərini diqqətə çatdırıblar.
Müraciətlər, əsasən, məşğulluq, iş yerinin dəyişdirilməsi, mədəniyyət sahəsinə dair layihələr, təşəbbüslər və digər məsələlərlə bağlı olub.
Mədəniyyət naziri vətəndaşların xahiş və təkliflərini dinləyib, qeyd olunan hər bir məsələnin operativ araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib.
Nazirliyin məsul əməkdaşlarının da iştirak etdiyi qəbulda şəhid ailələri və qazilər tərəfindən qaldırılan məsələlərə xüsusi diqqətlə yanaşılması və obyektiv baxılması ilə bağlı tapşırıqlar verilib.
Bakı 









