Qüdrətli Azərbaycan dövlətinin formalaşmasında mədəniyyət amilinin ciddi rolu olmuşdur. Ulu Öndərin dövlətçilik fəlsəfəsinin əsasında mədəniyyət faktoru durub. Müasir çağırışlara uyğun olaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahəyə yeni baxış təqdim edilib. Belə ki, Prezident İlham Əliyev yanvarın 14-də “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Bu konsepsiya bütövlükdə Azərbaycan cəmiyyətinə olan strateji baxışdır.
Bakıvaxtı.az xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli "LEGİS Hüquq Forum"unda çıxış edərkən deyib.
Nazir qeyd edib ki, uzun illər mədəniyyət incəsənətlə bərabər məfhum kimi götürülürdü:
"Bu gün Azərbaycan mədəniyyəti hər kəsin həyat tərzinə çevrilməli olan sosial fenomen kimi ortaya qoyulub. Mədəniyyət və hüququn qarşılıqlı əlaqəsinə gəlincə isə qeyd edə bilərəm ki, hüquq mədəniyyət hadisəsidir. Hüququn mənbəyi mədəniyyətdir. Nə qədər texnologiyalar inkişaf etsə də, hüquqşünasın fəaliyyəti yaradıcılığa bağlıdır. Hüquq yaradıcılığa bağlı olan bir fəaliyyətdir. Dilimizin saflığının qorunmasında da hüquqşünasların rolu vacibdir".
Bakı 




