• Bakı C

    4.85 m/s

  • USD - 1.7

    EUR - 2.0092

    RUB - 2.2016

“Xarici film” anlayışı dəqiqləşir

MƏDƏNİYYƏT

26 Fevral 2026 | 16:05

“Xarici film” anlayışı dəqiqləşir

“Kinematoqrafiya haqqında” qanuna təklif edilən dəyişikliklərin üçüncü oxunuşda müzakirəsi gözlənilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Məclisin sabah keçiriləcək plenar iclasında müzakirə ediləcək.

Layihə “xarici film”, “birgə istehsal filmi” və “milli film” anlayışlarının hüquqi çərçivəsini daha dəqiq müəyyənləşdirməyi hədəfləyir.

Dəyişikliklərə əsasən, xarici film tam şəkildə xarici prodüserlər tərəfindən istehsal olunan ekran əsəri kimi təsnif edilir. Birgə istehsal filmi isə yerli və xarici prodüserlərin əməkdaşlığı ilə ərsəyə gələn, lakin mövcud tələblərə uyğun olmadığı halda milli film statusu ala bilməyən layihələrdir.

Qanun layihəsi həmçinin milli film statusu üçün yeni kriteriyaları təsbit edir.

Belə ki, prodüserin Azərbaycan vətəndaşı və ya ölkədə qeydiyyatdan keçmiş hüquqi şəxs olması, çəkiliş qrupunda əcnəbi mütəxəssislərin payının 30 faizdən çox olmaması, filmin Azərbaycan dilində çəkilməsi, yerli kinematoqrafiya müəssisələrinin ümumi iş həcminin ən azı 50 faizini icra etməsi və xarici investisiyanın smeta dəyərinin 30 faizini aşmaması əsas meyarlar kimi müəyyənləşdirilib.

Bu şərtlər yerinə yetirildiyi halda, hətta birgə istehsal edilən ekran işi belə milli film statusu ala biləcək.

Qeyd edək ki, layihə birinci və ikinci oxunuşda qəbul edilib. Sabahkı müzakirələrdə dəyişikliklərin son hüquqi forması müəyyən olunacaq.

Əli Hüseynov


SON XƏBƏRLƏR