01.01.2026 tarixinə SOCAR-ın“Azəriqaz” İstehsalat Birliyi üzrə cəmi abonentlərin sayı 2 716 413 təşkil edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq “Azəriqaz”dan bildirilib.
Məlumata əsasən, qeyd olunan göstəricinin 2 668 702-i əhali, 47 711-i isə qeyri-əhali abonent qrupunun payına düşüb.
İB-dən bildirilib ki, 01.01.2026 tarixinə abonentlərin 2 017 463-ü mexaniki, 698 950-i isə smart-kart tipli qaz sayğaclarından istifadə edir.
“Ötən il İstehsalat Birliyi üzrə 45 386 yeni abonent qeydiyyata alınıb ki, onlardan 37 635-i mexaniki, 7 751-i isə smart-kart tipli sayğacla təmin edilib ”, - məlumatda qeyd olunub.
Bununla yanaşı, ötən il “Azəriqaz” tərəfindən 364 161 sayğac əvəz olunub (mexaniki - 348 957, smart-kart tipli - 15 204).
Bakı 




