• Bakı C

    10.61 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

Əraqçi: ABŞ və İsrail İrana hücum etməyəcək

DÜNYA

09 Yanvar 2026 | 17:17

Əraqçi: ABŞ və İsrail İrana hücum etməyəcək

Xarici işlər naziri Abbas Əraqçi İranda etirazların arxasında İsrail və ABŞ-ın dayandığını deyib.

Bakıvaxtı.az xəbər verir ki, o bu barədə jurnalistlərə açıqlamasında bildirib.

“ABŞ və İsrail rəsmən elan ediblər ki, bu iğtişaşlarda onların rolu var. Onlar çalışırlar ki, dinc etirazları iğtişaşa çevirsinlər. ABŞ və İsrail rəsmilərinin bir çox bəyanatında bunu görə bilərsiniz”, - Əraqçi qeyd edib.

Nazirin sözlərinə görə, “ABŞ və İsrailin iyun ayında İrana hücumları uğursuzluğa düçar olub”.

XİN rəhbəri ABŞ və İsrailin İrana hücum ehtimalının olmadığını vurğulayıb. O, eyni zamanda, ABŞ və İsrailə xəbərdarlıq edib: “Onlar ikinci dəfə belə bir hücum həyata keçirsələr, ikinci dəfə məğlubiyyətə uğrayacaqlar”.
 


SON XƏBƏRLƏR

09 Yanvar 2026