• Bakı C

    10.02 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

Macarıstanın Varşavadakı səfiri Polşa XİN-ə çağırıldı

DÜNYA

09 Yanvar 2026 | 19:27

Macarıstanın Varşavadakı səfiri Polşa XİN-ə çağırıldı

Macarıstanın iki Polşa vətəndaşına sığınacaq verməsi ilə əlaqədar bu ölkənin Varşavadakı səfiri İştvan İydarto Polşa Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bakıvaxtı.az "Straits Times"a istinadən xəbər verir ki, bu barədə məlumatı cümə günü Polşa XİN-in sözçüsü Matsey Vevior açıqlayıb.

"VSquare" xəbər saytı ötən gün məlumat vermişdi ki, Macarıstanın nümayəndə heyəti Brüsseldə digər ölkələrin təmsilçilərinə Polşanın iki vətəndaşına sığınacaq verildiyinə dair məktub göndərib.

Polşa mətbuatında dərc olunan həmin məktubda Macarıstanın sığınacaq verdiyi şəxslərin adları və bu addımın səbəbləri qeyd olunmayıb.

M.Vevior bəyan edib ki, Varşava bu addıma görə Macarıstan səfirinə etirazını bildirəcək. Polşa hakimiyyətinin bu qərara belə kəskin reaksiya verməsinin səbəbi göstərilməyib.


SON XƏBƏRLƏR

09 Yanvar 2026