• Bakı 12° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Naxçıvanda 6 erkən evliliyin qarşısı alındı

CƏMİYYƏT

09 Yanvar 2026 | 16:33

Naxçıvanda 6 erkən evliliyin qarşısı alındı

Ötən il Naxçıvanda 6 erkən evliliyin qarşısı alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən məlumat verilib.

Qeyd edilib ki, aidiyyəti qurumlarla birgə Şahbuz rayonu Gömür kəndində 1, Sədərək rayonu Sədərək və Dəmirçi kəndlərində 2, Şərur rayonu Aralıq, Qaraburc kəndlərində 2 və Kəngərli rayonu Qarabağlar kəndində isə 1 yetkinlik yaşına çatmayan uşağın toy və nişan mərasimlərinin qarşısı alınıb, valideynlərə qanunamüvafiq izahat verilib. Həmçinin, Sədərək rayonu Dəmirçi kəndində 1 yetkinlik yaşına çatmayan uşağın qohum nikahının qarşısı alınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026