"Nəsimi adına Dilçilik İnstitutunun nəzdində fəaliyyət göstərən Müasir Azərbaycan dili şöbəsinin bazasında mövcud imkanlar hesabına “Müasir Azərbaycan dili və nitq mədəniyyəti” adlı yeni bir şöbənin yaradılması barədə qərar qəbul olunub".
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli deyib.
O bildirib ki, bu şöbə Azərbaycan dilinin norma və qaydalarının öyrənilməsi, nitq mədəniyyətinin inkişafı və dilin düzgün istifadəsinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.
Bakı 




