• Bakı C

    10.02 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

Azərbaycandan Ermənistana neft məhsullarının göndərilməsinə Almaniyadan reaksiya

DÜNYA

09 Yanvar 2026 | 20:15

Azərbaycandan Ermənistana neft məhsullarının göndərilməsinə Almaniyadan reaksiya

Almaniya Xarici İşlər Nazirliyi Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyasının göndərilməsini yüksək qiymətləndirib.

Bakıvaxtı.az xəbər verir ki, nazirliyin Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə direktoru Niklas Vaqner X platformasındakı səhifəsində bu barədə paylaşım edib. “Bu, son bir ay ərzində həyata keçirilən ikinci tədarükdür. Regionda ticarət münasibətlərinin normallaşması istiqamətində belə mühüm addımların atıldığını görmək ümidvericidir”, - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, ötən gün 1742 ton Aİ-95 markalı benzin və 956 ton dizel olmaqla, ümumilikdə 2698 ton (48 vaqon) yük Biləcəri stansiyasından Ermənistana yola salınıb. İki ölkə arasında sülh gündəliyinə uyğun olaraq Azərbaycandan Ermənistana neft məhsullarının ixracına ötən il dekabrın 18-də başlanılıb. Həmin gün Ermənistana 1220 ton Aİ-95 markalı avtomobil yanacağı göndərilib.


SON XƏBƏRLƏR

09 Yanvar 2026