• Bakı C

    9.62 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

Köç karvanı Ağdərəyə çatdı, açarlar təqdim edildi - FOTO - YENİLƏNİB

CƏMİYYƏT

09 Yanvar 2026 | 14:58

Köç karvanı Ağdərəyə çatdı, açarlar təqdim edildi - FOTO - YENİLƏNİB

Ağdərə rayonunun Aşağı Oratağ, Heyvalı, Çapar və Çıldıran kəndlərinə qayıdan ailələrə mənzillərin açarları təqdim olunub.

Bakıvaxtı.az xəbər verir ki, rayon mərkəzində Aşağı Oratağ, Heyvalı, Çapar və Çıldıran kəndlərinə qayıdan sakinlərin qarşılanma mərasimi keçirilib.

Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ilə Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin rəsmiləri, Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin əməkdaşları iştirak ediblər.

Heyvalı, Çapar və Çıldıran kəndlərinə qayıdan ailələrə mənzillərin açarları təqdim olunub.

Aşağı Oratağa qayıdan sakinlərə isə mənzillərin açarları kənddə təqdim edilib.

***

14:33

Köç karvanı Ağdərəyə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Ağdərənin Aşağı Oratağ kəndinə 119 nəfərdən ibarət 31 ailə, Çapar kəndinə 96 nəfərdən ibarət 26 ailə, Heyvalı kəndinə 74 nəfərdən ibarət 19 ailə, Çıldıran kəndinə isə 48 nəfərdən ibarət 13 ailə köçürülüb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

***

12:19

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, Qayıdış proqramına uyğun olaraq Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar kəndlərinə növbəti köç karvanı Tərtər şəhərindən yola salınıb.

Bu mərhələdə Ağdərənin Çıldıran kəndinə 13 ailə, 48 nəfər, Aşağı Oratağ kəndinə 31 ailə, 119 nəfər, Heyvalı kəndinə 19 ailə, 74 nəfər və Çapar kəndinə isə 26 ailə, 96 nəfər köçürülüb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.


SON XƏBƏRLƏR

09 Yanvar 2026