• Bakı C

    10.02 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

NASA heyəti təcili Yerə qayıdır - SƏBƏB

DÜNYA

09 Yanvar 2026 | 19:20

NASA heyəti təcili Yerə qayıdır - SƏBƏB

Dörd astronavt cədvəldən bir ay əvvəl Beynəlxalq Kosmik Stansiyadan Yerə qayıdacaq.

Bakıvaxtı.az xəbər verir ki, qərar, Crew-11 ekipaj üzvlərindən birinin səhhətindəki problemlərlə əlaqədar verilib. NASA astronavtın adını çəkmir və ya konkret problemləri açıqlamır.

Ekipajda amerikalı Mayk Finke və Zena Kardman, yapon astronavtı Kimiya Yui və rusiyalı Oleq Platonov var. NASA-nın baş tibb işçisinin sözlərinə görə, astronavtın vəziyyəti stabildir.

NASA adətən əvəzedici heyət formalaşana qədər Yerə heyəti qaytarmır. Lakin bu halda, qayıtmaq qərarı şəxsən NASA administratoru Cared Ayzekman tərəfindən verilib.


SON XƏBƏRLƏR

09 Yanvar 2026