• Bakı 13° C

    1.21 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Fransa NATO-dan çıxa bilər

DÜNYA

09 Yanvar 2026 | 19:53 | Müəllif: Subhan Mahmudov

Fransa NATO-dan çıxa bilər

Fransa Milli Assambleyasının vitse-spikeri Klemens Höte ölkənin NATO-dan çıxması ilə bağlı qətnaməni səsverməyə çıxarmaq niyyətində olduğunu açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, siyasətçi qərarını ABŞ-ın hərəkətləri ilə əlaqələndirib. 

Höte özünün "Telegram" kanalında yazıb:

"Fransanın ABŞ-nin rəhbərlik etdiyi və ona xidmət edən hərbi ittifaq olan Şimali Atlantika Müqaviləsi Təşkilatında iştirakı məsələsi indiyədək olduğundan daha çox qaldırılır".

Parlament vitse-spikeri ABŞ-nin Qrenlandiyaya iddialarından və Venesuela prezidenti Nikolas Maduronun zorakılıqla oğurlanmasından bəhs edib.
Höte həmçinin Amerika rəhbərliyini beynəlxalq hüququ pozaraq insanları bombaladığına görə tənqid edib.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR