• Bakı 22° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Rubio Rutte ilə Ukraynadakı böhranı müzakirə etdi

DÜNYA

09 Yanvar 2026 | 20:46 | Müəllif: Subhan Mahmudov

Rubio Rutte ilə Ukraynadakı böhranı müzakirə etdi

ABŞ Dövlət Katibi Marko Rubio NATO-nun baş katibi Mark Rutte ilə Ukrayna və Arktikanı müzakirə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin açıqlamasında deyilir.

"İki lider Rusiya və Ukrayna arasındakı müharibəni danışıqlar yolu ilə bitirmək üçün ABŞ-ın davam edən səylərini müzakirə ediblər. Bundan başqa onlar Arktikanın təhlükəsizliyinin bütün NATO-ya üzv ölkələr üçün əhəmiyyətini də müzakirə ediblər", - açıqlamada deyilir.

Qeyd edək ki, Rubio gələn həftə Qrenlandiya məsələsini müzakirə etmək üçün Danimarka nümayəndələri ilə görüşməyi planlaşdırdığını açıqlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026