• Bakı 20° C

    5.17 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Ucarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən məktəb istifadəyə verildi - FOTOLAR

CƏMİYYƏT

09 Yanvar 2026 | 18:44 | Müəllif: Subhan Mahmudov

Ucarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən məktəb istifadəyə verildi - FOTOLAR

Ucar şəhər 2 nömrəli tam orta məktəbin yeni binası istifadəyə verilib. Təhsil müəssisəsinin 1958-1960-cı illərdə inşa olunan binası ötən müddət ərzində köhnəldiyindən istifadəyə yararsız vəziyyətə düşmüşdü.

Bakıvaxtı.az xəbər verir ki, bu səbəbdən Heydər Əliyev Fondunun təşəbbüsü ilə 720 şagirdlik yeni məktəb binasının inşasına başlanılıb.

Tikintisi 2025-ci ilin dekabrında başa çatan üçmərtəbəli məktəb 5 korpusdan ibarətdir. Təhsil ocağının fənn kabinetləri və laboratoriyaları zəruri mebel və avadanlıqla, əyani vasitələrlə təchiz edilib.

Şagird və müəllimlərin istifadəsinə verilən sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, kompüter, hərbi hazırlıq, tibb, əmək təlimi otaqları, kitabxana, bufet və yeməkxana, akt və idman zalları, açıq idman meydançası tədrisin yüksək səviyyədə həyata keçirilməsini təmin edəcək.

Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.


Ucarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən məktəb istifadəyə verildi - FOTOLARUcarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən məktəb istifadəyə verildi - FOTOLARUcarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən məktəb istifadəyə verildi - FOTOLARUcarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən məktəb istifadəyə verildi - FOTOLARUcarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən məktəb istifadəyə verildi - FOTOLARUcarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən məktəb istifadəyə verildi - FOTOLARUcarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən məktəb istifadəyə verildi - FOTOLARUcarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən məktəb istifadəyə verildi - FOTOLARUcarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən məktəb istifadəyə verildi - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR