• Bakı C

    10.02 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

Dövlət Departamentinin təyyarəsi Karakas hava limanına enib

DÜNYA

09 Yanvar 2026 | 20:42

Dövlət Departamentinin təyyarəsi Karakas hava limanına enib

ABŞ Dövlət Departamentinin təyyarəsi cümə günü, yanvarın 9-da Karakas hava limanına enib.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Flightradar”ın məlumatları sübut edir.

Məlumata görə, ABŞ Dövlət Departamentinə məxsus Dash 8-300 turbovintli təyyarə Kurasaonun Villemstad şəhərindən yola düşüb və təxminən 17:35-də Karakasa enib.

Uçuşun məqsədi, eləcə də göyərtədə olanların kimliyi hələ də məlum deyil.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Venesuelanın ABŞ-lə əməkdaşlıq etdiyini və buna görə də bu ölkəyə hücumların ikinci dalğasını dayandırdığını açıqlamışdı.


SON XƏBƏRLƏR

09 Yanvar 2026