• Bakı C

    9.62 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

Nazir generalın müavinini işdən çıxardı - Yeni təyinat - FOTOLAR

CƏMİYYƏT

09 Yanvar 2026 | 16:29

Nazir generalın müavinini işdən çıxardı - Yeni təyinat - FOTOLAR

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına yeni rəis müavini təyin edilib. 

Bakıvaxtı.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik-leytenant Tamerlan Allahverdiyev Akademiyanın rəis müavin təyin olunub.

Nazirin digər əmri ilə uzun illər Akademiya rəisinin müavini vəzifəsində çalışmış polkovnik Aslan Hüseynov vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.

Qeyd edək ki, yeni təyin olunan rəis müavini Tamerlan Allahverdiyev bundan əvvəl Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin şöbə müdiri vəzifəsində çalışıb. 

Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi general-mayor Baba Hacı-Baba oğlu Salayevdir.


SON XƏBƏRLƏR

09 Yanvar 2026