• Bakı 19° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9748

    RUB - 2.0643

İnsan kapitalı baxımından müəyyən çatışmazlıqlar mövcuddur

CƏMİYYƏT

08 Oktyabr 2025 | 16:19

İnsan kapitalı baxımından müəyyən çatışmazlıqlar mövcuddur

"Ali təhsil bazarını təhlil etdikdə aydın görünür ki, insan kapitalı baxımından müəyyən çatışmazlıqlar mövcuddur".

Bakıvaxtı.az xəbər verir ki, bunu Bakcell-in Şuşada "İnnovasiyaların Qarabağda tətbiqi" mövzusunda təşkil etdiyi təlimdə Qarabağ Universitetinin Elm və İnnovasiya məsələləri üzrə prorektor Fariz Əhmədov deyib.

Onun sözlərinə görə, hədəflənən səviyyədə rəqabətqabiliyyətli kadrların hazırlanması üçün təcrübəli insan resursları qıtlığı hiss olunur.

“Buna görə də Qarabağ Universitetinin əsas istiqamətlərindən biri universitet-sənaye əməkdaşlığının gücləndirilməsidir”.

Mina Mikayılova


SON XƏBƏRLƏR