İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və fanatik yəhudilər Şərqi Qüdsdəki Əl-Əqsa məscidinə basqın ediblər.
Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
Belə ki, basqın zamanı Ben-Qvir Məscidül-Əqsada dua etdiyini açıqlayıb və sosial şəbəkələrdə həyətdə yəhudilərlə rəqs etdiyi görüntülər yayımlanıb.
Bildirilib ki, Fələstin rəsmiləri İsrail polisinin himayəsi altında həyata keçirilən basqınları təxribat xarakterli adlandırıb.
Məlumata görə, Fələstinin Vəqflər və Dini İşlər Nazirliyi bildirir ki, fanatik yəhudilər ötən ay Əl-Əqsaya 26 dəfə basqın edib.
Əli Hüseynov