• Bakı 21° C

    5.76 m/s

  • USD - 1.7

    EUR - 1.9886

    RUB - 2.0473

1 milyonu ələ keçirilən 43 yaşlı general kimdir? - DOSYE

CƏMİYYƏT

08 Oktyabr 2025 | 12:05

1 milyonu ələ keçirilən 43 yaşlı general kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi,  Fövqəladə Hallar Nazirliyinin (FHN) keçmiş əməkdaşı, kapitan Ayaz Bayramov 3 milyon manata yaxın dələduzluqda ittiham olunur.

Bakıvaxtı.az bildirir ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin sabiq rəis müavini Raul Zeynalov da aldadılanlar sırasındadır.

Sözügedən sabiq rəis müavini kimdir? 

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, Raul Süleyman oğlu Zeynalov 1982-ci ildə Şəmkir rayonunda dünyaya gəlib. 

O, Ali təhsilini Bakı Dövlət Universitetində alıb. Ailəlidir, iki övladı var.

Raul Zeynalov uzun müddət Fövqəladə Hallar Nazirliyinin müxtəlif qurumlarında çalışıb. 

23 dekabr 2021-ci ildə FHN-in Bakı Regional Mərkəzinin rəisinin birinci müavini vəzifəsindən azad edilərək, Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini təyin edilib. 

16 dekabr 2024-cü ildə isə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini vəzifəsindən azad edilib.

Qeyd edək ki, o, 39 yaşında "general-mayor" ali hərbi rütbəsi ilə təltif edilib. 

Hazırda onun biznes fəaliyyəti ilə məşğul olduğu deyilir.

Əli Hüseynov

 


SON XƏBƏRLƏR

07 Oktyabr 2025