Qarabağ Universitetinin əsas məqsədi ali təhsil sahəsində yeni bir yanaşmanı ortaya qoymaqdır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Bakcell-in Şuşada "İnnovasiyaların Qarabağda tətbiqi" mövzusunda təşkil etdiyi təlimdə Qarabağ Universitetinin Elm və İnnovasiya məsələləri üzrə prorektor Fariz Əhmədov deyib.
Onun sözlərinə görə, bu baxımdan, “Qarabağ Universiteti” dedikdə yeni dövrün çağırışlarına cavab vermək üçün qurulan, müasir və innovativ bir ali təhsil müəssisəsini nəzərdə tutulur.
Mina Mikayılova