“Tədris planlarımızda, xüsusilə üçüncü və dördüncü kurslardan etibarən, praktiki fənlərə geniş yer verilir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Bakcell-in Şuşada "İnnovasiyaların Qarabağda tətbiqi" mövzusunda təşkil etdiyi təlimdə Qarabağ Universitetinin Elm və İnnovasiya məsələləri üzrə prorektor Fariz Əhmədov deyib.
Onun sözlərinə görə, bu, tələbələrin nəzəri biliklərlə yanaşı, real iş mühitində təcrübə qazanmasına imkan yaradır:
“Məsələn, yaxın zamanda açılan Tibb fakültəmizlə yanaşı Tibb klinikası da fəaliyyətə başlayıb. Çünki klinika olmadan yüksək keyfiyyətli tibb mütəxəssisi yetişdirmək mümkün deyil”.
Mina Mikayılova