• Bakı 20° C

    3.73 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Yevlaxda ağır qəza - 1 ölü, 2 yaralı 

HADİSƏ

09 Avqust 2025 | 10:02

Yevlaxda ağır qəza - 1 ölü, 2 yaralı

Yevlax-Mingəçevir avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə yolun Yevlax rayonunun Hacıselli kəndindən keçən hissəsində baş verib.

Belə ki, ötən gün saat 14 radələrində Yevlax-Mingəçevir avtomobil yolunun Hacıselli kəndindən keçən hissəsində 1960-cı il təvəllüdlü Tağıyev Nazim Əli oğlunun idarə etdiyi “Vaz 21063” markalı avtomobil ilə 1981-ci il təvəllüldlü Osmanov Asif Loğman oğlunun idarə etdiyi “Honda CVR” markalı avtomobillərin toqquşması nəticəsində “Honda” markalı avtomobildə olan sərnişin Xəlilova Xuraman Cəfərqulu qızı ölmüş, digər 2 nəfər sərnişinlər Xəlilov Xalid Soltanməcid oğlu və Xəlilova İlahə Sehran qızının isə yaralı vəziyyətdə Mingəçevir ŞMX-na daxil olmuşlar.

Faktla bağlı Yevlax RPŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanmışdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026