Bakı-Qazax magistral yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində avtomobil qəzası baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hərəkətdə olan minik maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü, 29 yaşlı Əhliman Mehdiyev hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişin isə müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.