• Bakı 20° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.9927

    RUB - 2.0663

"Çay" yükünün içərisində 105 kiloqramdan artıq narkotik aşkarlandı

HADİSƏ

07 Oktyabr 2025 | 11:25

Çay yükünün içərisində 105 kiloqramdan artıq narkotik aşkarlandı

Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən aparılmış kompleks əməliyyat axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə - marixuana aşkar edilərək qanunsuz dövriyədən çıxarılıb.

Bakılvaxtı.az komitəyə istinadən xəbər verir ki, Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya "çay" yükü aparan vaqon "Cənub Astara" gömrük postunun "Astara Dəmir Yolu" gömrük keçid məntəqəsində saxlanılıb və əsaslı yoxlamaya cəlb olunub.

Yoxlama zamanı vaqonda olan "çay" yükünün içərisində gömrük nəzarətindən gizlədilən 20 ədəd bağlamada, qablaşdırılmaları ilə birlikdə ümumi təqribi çəkisi 105 kq 800 q narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

06 Oktyabr 2025