• Bakı 20° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.9927

    RUB - 2.0663

Şəmkirdə qadın qətlə yetirilib - əri tutulub - YENİLƏNİB

HADİSƏ

07 Oktyabr 2025 | 11:17

Şəmkirdə qadın qətlə yetirilib - əri tutulub - YENİLƏNİB

Şəmkirdə qətl hadisəsi zamanı ailənin övladı bıçaq xəsarəti alıb.

Bakıvaxtı.az xəbər verir ki, xəsarət alan şəxs 2009-cu il təvəllüdlü A.H. xəstəxanaya yerləşdirilib.

    TƏBİB-dən bildirilib ki, oktyabrın 6-da saat 17:30 radələrində xəsarət alması səbəbilə 2009-cu il təvəllüdlü (kişi) şəxs Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

    Ona sağ əlin 4-cü barmağının və budun arxa səthinin kəsilmiş yarası, sol əlin 4-cü və 5-ci barmağının proksinol nahiyəsinin didilmiş-cırılmış yarası diaqnozu təyin edilib.

    Pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

    Hadisə nəticəsində 1984-cü il təvəllüdlü (qadın) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.

    ***

    10:09

    Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

    Şəmkir rayon prokurorluğundan Bakıvaxtı.az-a verilən məlumata görə, oktyabrın 6-da saat 18 radələrində Şəmkir rayonu Şiştəpə kəndi ərazisində 1984-cü il təvəllüdlü Röyalə Hacıyevanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

      Araşdırma zamanı 1971-ci il təvəllüdlü Arif Hacıyevin bıçaqla xəsarətlər yetirməklə Röyalə Hacıyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

      Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

      Arif Hacıyev rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

      İbtidai istintaq davam edir.


      SON XƏBƏRLƏR

      06 Oktyabr 2025