Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Mirzə Yusif Axundzadə küçəsində dağıntılar altında 1 nəfərin qalması barədə məlumat daxil olub.
FHN Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, bununla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, söküntü işləri aparılarkən tikilinin bir hissəsinin uçması nəticəsində orada çalışan vətəndaş dağıntı altında qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində dağıntı altında qalmış 1985-ci il təvəllüdlü Kərimov Taleh İdris oğlunun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
***15:09
Gəncədə bədbəxt hadisə baş verib.
Bakıvaxtı.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Cavad xan qəsəbəsində qeydə alınıb.
Belə ki sözü gedən ərazidə ev tikintisi zamanı uçqun olub. Nəticədə usta 40 yaşlı T.Kərimov dağıntılar altında qalaraq ölüb. Məlumata görə, 3 nəfər xilas olub. Dərhal əraziyə FHN Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri cəlb edilib. Ərazidə xilas etmə işləri gedir.