• Bakı 21° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.9927

    RUB - 2.0663

Hakim məhkəmə zalında GÜLLƏLƏNDİ

HADİSƏ

07 Oktyabr 2025 | 08:17

Hakim məhkəmə zalında GÜLLƏLƏNDİ

Albaniyanın paytaxtı Tiranada hakim məhkəmə zalında güllələnib.

Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, Tirana  Apellyasiya Məhkəməsinin  hakimi məhkəmə zalında onun qarşısına çıxan bir şəxs tərəfindən güllələnərək öldürülüb:

“Həmin şəxs dərhal həbs edilib. Astrit Kalaja iclasa sədrlik edən zaman kişi silahını çıxarıb və ona atəş açıb. Hakim təcili xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən yolda dünyasını dəyişib. Məhkəmənin tərəfləri olan ata və oğul da güllələnərək xəstəxanaya aparılsa da, onların həyatları üçün təhlükə yoxdur”.

Yerli medianın məlumatına görə, bu cinayəti törədən şəxs torpaq mülkiyyəti ilə bağlı məhkəmə çəkişməsində uduzduğu üçün belə bir addım atdığını bildirib.

Aydın Baxış


SON XƏBƏRLƏR

06 Oktyabr 2025