Yaponiyanın peşəkar boksçusu Siqetosi Kotari titul uğrunda döyüşdən bir neçə gün sonra 28 yaşında dünyasını dəyişib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yaponiya Boks Komissiyası məlumat yayıb.
Kotari avqustun 3-də titul uğrunda Yamato Hato ilə döyüşmək üçün rinqə çıxıb. Qarşılaşma heç-heçə başa çatıb.
Siqetosi döyüş zamanı çoxsaylı kəllə-beyin travması alıb və subdural hematoma səbəbindən təcili beyin əməliyyatı keçirmək üçün xəstəxanaya çatdırılıb. Bu əməliyyat yapon boksçunu ölkənin idarəetmə orqanının qanunlarına uyğun olaraq avtomatik olaraq təqaüdə çıxmağa məcbur edirdi. Əməliyyatdan iki gün sonra Yaponiya Boks Komissiyası onun nəzarət altında qaldığını təsdiqləyıb. Komissiya avqustun 9-da gecə saatlarında döyüşçünün ölümünü elan edib.