• Bakı 27° C

    10.68 m/s

  • USD - 1.7

    EUR - 1.9819

    RUB - 2.1453

Sloveniya Bakı və İrəvana sülh əldə etmək səylərində dəstəyini ifadə edib

SİYASƏT

09 Avqust 2025 | 15:31

Sloveniya Bakı və İrəvana sülh əldə etmək səylərində dəstəyini ifadə edib

Sloveniya Azərbaycan və Ermənistanın səylərini, həmçinin Ağ Ev administrasiyasının sülh prosesi ilə bağlı razılaşmaların əldə edilməsindəki rolunu yüksək qiymətləndirir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Sloveniyanın Xarici və Avropa İşləri Nazirliyi məlumat yayıb.

“Bu, şübhəsiz ki, region (Cənubi Qafqaz – red.) üçün yeni imkanlar açacaq və tərəqqini təmin edəcək”, - qurumdan qeyd edilib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri avqustun 8-də Vaşinqtonda “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” sazişi paraflayıblar.


SON XƏBƏRLƏR