• Bakı 23° C

    7.13 m/s

  • USD - 1.7

    EUR - 1.9913

    RUB - 2.0786

Milli kimliklə dini həmrəyliyin qovşağı: Azərbaycanın xarici siyasət yolu

SİYASƏT

08 Sentyabr 2025 | 15:11

Milli kimliklə dini həmrəyliyin qovşağı: Azərbaycanın xarici siyasət yolu

Qətər və Azərbaycanın münasibətlərinin dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslanması, İslam dünyasında dövlətlərarası həmrəyliyin möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu əlaqələr yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, həm də daha geniş miqyasda – müsəlman ölkələri arasında qarşılıqlı etimad, dəstək və birgə fəaliyyətin nümunəsi kimi dəyərləndirilə bilər. İki dövlətin bir-birinə hörmət və qarşılıqlı maraqlara əsaslanan münasibətləri göstərir ki, İslam dünyasında siyasi, iqtisadi və mədəni müxtəlifliklər vahid dəyərlər və ortaq məqsədlər ətrafında birləşdirilə bilər.

Belə bir model həmrəyliyin yalnız rəsmi bəyanatlar və təşkilati çərçivələrlə məhdudlaşmadığını, real əməkdaşlıq və qardaşlıq münasibətləri üzərində qurulduqda daha təsirli olduğunu nümayiş etdirir. Bu isə digər müsəlman ölkələri üçün nümunəvi bir təcrübə olmaqla yanaşı, daha sıx əməkdaşlıq imkanlarına da yol açır. Nəticə etibarilə, Qətər–Azərbaycan münasibətlərinin inkişafı İslam dünyasında vahid mövqelərin formalaşmasına, birgə təşəbbüslərin irəli sürülməsinə və qlobal miqyasda müsəlman dövlətlərinin mövqelərinin güclənməsinə müsbət təsir göstərir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Yeganə Hacıyeva bildirib ki, Azərbaycan modern sekulyar dünyanın bir hissəsi olmaqla yanaşı, həm də müasir İslam ölkəsidir:

“Azərbaycanın xarici siyasəti yalnız milli maraqlara deyil, eyni zamanda dini və mədəni kimliyə əsaslanaraq yürüdülür. Ölkəmiz həm sekulyar dünyanın tələblərinə cavab verən, həm də müasir İslam ölkəsi nümunəsi kimi beynəlxalq münasibətlərdə özünəməxsus mövqeyə malikdir. Azərbaycan qlobal siyasətin hər iki cinahında etibarlı tərəfdaş kimi çıxış edir”.

Onun sözlərinə görə, bu balans Azərbaycanın beynəlxalq arenada mövqelərini gücləndirir və müxtəlif dini-mental dəyərlərin daşıyıcısı ölkələrlə həmrəyliyi təşviq edən dövlət statusunu möhkəmləndirir. Milli və dini faktorların uzlaşdırılması isə Azərbaycanın beynəlxalq təşkilatlarda, xüsusilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Qoşulmama Hərəkatında fəal iştirakını təmin edir.

Yeganə Hacıyeva, politoloq

Politoloq qeyd edib ki, Azərbaycanın belə uğurlu siyasətinin müəllifi və təhlükəsizlik doktrinasının əsaslarını müəyyənləşdirən şəxs Prezident İlham Əliyevdir:

“Onun təcrübəsi və siyasi nüfuzu sayəsində İslam Əməkdaşlıq Təşkilatında yardımlaşma və həmrəylik ənənəsi güclənib. Bu həmrəylik həm Qoşulmama Hərəkatında, həm də İƏT ölkələri ilə əməkdaşlıqda özünü göstərib və Azərbaycanın mövqelərini möhkəmləndirib”.

Yeganə Hacıyeva əlavə edib ki, bu gün Qətər də Azərbaycanın təcrübəsindən yararlanaraq müasir İslam ölkəsi kimi inkişaf etməyə çalışır:

“Dünyada ən modern İslam ölkəsi Azərbaycandır. Siyahıda bizdən sonra gələn dövlətlərdən biri Qətərdir. Azərbaycanla Qətər arasındakı münasibətlər yalnız XX əsrlə məhdudlaşmır, orta əsrlərə qədər uzanan dostluq və qardaşlıq ənənələri üzərində qurulub”.

Onun sözlərinə görə, bu dostluq beynəlxalq təşkilatlarda birgə fəaliyyət üçün möhkəm zəmin yaradıb:

“Azərbaycan İslam həmrəyliyi mövzusunda ciddi nəticələr əldə edib. Bu, təkcə ölkəmizin deyil, bütövlükdə İslam dünyasının maraqlarına xidmət edir. Çünki biz beynəlxalq platformalarda mövqelərimizi birgə müdafiə edir və milli-dini kimliyimiz əsasında güclü tərəfdaş kimi çıxış edirik”.

Əli Hüseynov

 

SON XƏBƏRLƏR