• Bakı 27° C

    10.68 m/s

  • USD - 1.7

    EUR - 1.9819

    RUB - 2.1453

Kipr XİN: Azərbaycan və Ermənistan Vaşinqtonda tarixi saziş imzalayıblar

SİYASƏT

09 Avqust 2025 | 16:38

Kipr XİN: Azərbaycan və Ermənistan Vaşinqtonda tarixi saziş imzalayıblar

Kipr Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ABŞ Prezidenti Donald Trampın iştirakı ilə tarixi sülh müqaviləsinin paraflanmasını alqışlayır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kipr Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.

“Bu tarixi razılaşma Ermənistan və Azərbaycan arasında suverenliyin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması əsasında münasibətlərin normallaşması prosesinə tam hörmətlə yanaşmaqla regionda davamlı sülh və əsl rifah üçün təkan və böyük perspektivlər yaradır”, - məlumatda deyilir.

Kipr XİN həmçinin bu razılaşmanın reallığa çevrilməsində oynadığı mühüm rola görə ABŞ Prezidentini də təbrik edib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri avqustun 8-də Vaşinqtonda “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” sazişi paraflayıblar.


SON XƏBƏRLƏR