• Bakı 27° C

    10.68 m/s

  • USD - 1.7

    EUR - 1.9819

    RUB - 2.1453

Azərbaycanlı hakim Polşada keçiriləcək beynəlxalq yarışa təyinat alıb

İDMAN

09 Avqust 2025 | 16:53

Azərbaycanlı hakim Polşada keçiriləcək beynəlxalq yarışa təyinat alıb

 Azərbaycan Atletika Federasiyasını (AAF) təmsil edən beynəlxalq dərəcəli hakim Teymur Axundov Polşanın Belostok şəhərində keçiriləcək "Mityng Ambasadorów" beynəlxalq yarışına təyinat alıb.

AAF-ın mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, mütəxəssis texniki deleqat və dopinq nəzarəti üzrə məsul şəxs kimi fəaliyyət göstərəcək.

T.Axundov yarış zamanı idmançılar üçün bərabər və ədalətli rəqabət mühitinin təmin edilməsinə, həmçinin dopinq qaydalarına riayət olunmasına nəzarət edəcək.

Qeyd edək ki, "Mityng Ambasadorów" Polşada atletika üzrə nüfuzlu idman tədbirlərindən biri hesab olunur və dünyanın müxtəlif ölkələrindən yüksək səviyyəli idmançıları bir araya gətirir.


SON XƏBƏRLƏR