• Bakı 30° C

    10.21 m/s

  • USD - 1.7

    EUR - 1.9819

    RUB - 2.1453

DSMF-nin gəlir və xərcləri açıqlandı

    İDMAN

    08 Avqust 2025 | 13:43

    DSMF-nin gəlir və xərcləri açıqlandı

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 7 ayında proqnozla müqayisədə 7 faiz və ya 289 milyon manat çox olmaqla 4 milyard 665 milyon manat təşkil edib.

    Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 8 faiz və ya 281 milyon manat artaraq 3 milyard 712 milyon manat olub.

    Yanvar-iyul aylarında DSMF-nin xərcləri 4 milyard 380 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 9 faiz və ya 375 milyon manat çoxdur.


    SON XƏBƏRLƏR