Futbol üzrə Azərbaycan millisi növbəti yoldaşlıq oyununu keçirib.
Bakıvaxtı.az xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu yığma Bakıda Macarıstan seçməsi ilə üz-üzə gəlib.
"Liv Bona Dea Arena"da baş tutan qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Yığmanın qolunu Renat Dadaşov (7) vurub. Macarların heyətində isə Barnabaş Varqa (5) və Dominik Soboslai (33) fərqləniblər.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də Riqada Latviya yığması ilə qolsuz heç-heçə edib.