• Bakı 25° C

    6.39 m/s

  • USD - 1.7

    EUR - 1.9406

    RUB - 2.1689

"Mançester Siti" "Çelsi"nin qapıçısını heyətinə qatdı

İDMAN

10 Iyun 2025 | 21:13

Mançester Siti Çelsinin qapıçısını heyətinə qatdı

Çelsi"nin qapıçısı Markus Bettinelli "Mançester Siti"yə keçib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Mançester klubunun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı ingilis qolkiperlə müqavilə 1 il müddətinə - 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Transferin qiyməti açıqlanmayıb. Bununla belə, futbolçunun qiyməti 600 min avro dəyərləndirilir.

Bettinelli 2021-ci ilin yayından bəri "Çelsi"nin oyunçusudur. Lakin dörd il ərzində London klubunda yalnız bir rəsmi oyun keçirib.

“Mançester Siti” ingilis qolkiperə iyunun sonunda klubdan azad agent kimi ayrılacaq Skott Karsonu əvəzləyicisi, üçüncü qapıçı gözü ilə baxır.

Bettinelli 2021-ci ilə kimi "Fulhem"də çıxış edib. O, icarə əsasında "Dartford" və "Midlsbro"da oynayıb.


SON XƏBƏRLƏR

11 Iyun 2025