• Bakı 23° C

    2.34 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

"Qarabağ" dünya reytinqində irəlilədi

İDMAN

11 Iyun 2025 | 10:40

"Qarabağ" dünya reytinqində irəlilədi

"Qarabağ" Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı dünya reytinqində beş pillə irəliləyib.

Bakıvaxtı.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan çempionu 144,75 xalla 119-cu sıradadır.

"Zirə" (95,75 xal) 233-cü mövqedən 232-yə qalxıb. "Sabah" komandası 50 pillə artırıb. Ölkə kubokunun qalibi 76 xalla 317-ci ola bilib.

"Araz-Naxçıvan" isə 61,25 xalla 446-cıdır. Naxçıvan təmsilçisi əvvəlki reytinqdə 454-cü sırada idi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026