• Bakı 30° C

    1.19 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

"Neftçi"nin oyununun hansı ölkədə keçiriləcəyi dəqiqləşib - ÇL

İDMAN

11 Iyul 2025 | 09:40

Neftçinin oyununun hansı ölkədə keçiriləcəyi dəqiqləşib - ÇL

"Neftçi"nin qadınlardan ibarət komandasının UEFA Çempionlar Liqasındakı oyununun hansı ölkədə baş tutacağı dəqiqləşib.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, "ağ-qaralar"ın Türkiyə təmsilçisi "Fomget"lə turnirin I təsnifat mərhələsinə təsadüf edəcək matçı Albaniyanın paytaxtı Tiranada keçiriləcək.

Görüş iyulun 30-da "House of Football Natural Pitch" stadionunda, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi yarımfinal və final oyunlarından ibarət olacaq. "Neftçi" "Fomget"i yenəcəyi təqdirdə, finalda İsrail təmsilçisi "Kiryat"la üz-üzə gələcək. Bu görüşdə qələbə qazanan tərəf II təsnifat mərhələsinə vəsiqə qazanacaq. Final isə avqustun 3-də eyni şəhərdə baş tutacaq.


SON XƏBƏRLƏR