“Xalq Sığorta” və “Azərbaycan Sənaye Sığorta” şirkətləri müstəqil ekspertlərlə mülki-hüquqi müqavilələrin bağlanması qaydasını pozub.
Bu barədə Bakıvaxtı.az-a Mərkəzi Banka (AMB) istinadən xəbər verir. Məlumata görə, AMB bununla bağlı monitorinq keçirib. Məlum olub ki, hər iki şirkət “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinin tələblərinə riayət etməyib.
AMB bunu nəzərə alaraq sığorta şirkətlərinə icrası məcburi sərəncam verib.